AZ

Sahibə Qafarova Malayziyaya işgüzar səfər edib

 Milli Məclisin sədri Sahibə Qafarova Malayziyaya işgüzar səfər edib.

Missiya.Az xəbər verir ki, Kuala Lumpur beynəlxalq hava limanında sədrin başçılıq etdiyi nümayəndə heyətini Malayziya Senatının vitse-prezidenti Datuk Nur Jazlan bin Tan Sri Mohamed,  Senatın katibi Muhd Sujairi bin Abdullah, Nümayəndələr Palatasının katibi Nizam Maydin bin Baça Maydin, Azərbaycanın Malayziyadakı səfiri İrfan Davudov və digər rəsmi şəxslər qarşılayıblar.

Səfər çərçivəsində Sahibə Qafarova Cənub-Şərqi Asiya Dövlətləri Assosiasiyasının Parlamentlərarası Assambleyasının 46-cı Baş Assambleyasının sessiyasında iştirak edəcək.

Milli Məclis sədrinin sessiyada çıxışı, tədbirdə iştirak edən parlament nümayəndə heyətlərinin rəhbərləri ilə bir sıra görüşləri nəzərdə tutulub.

Seçilən
0
18
missiya.az

10Mənbələr