AZ

“Fənərbağça”dan təklif alan məşqçi: “Doğru zaman deyildi”

“Fənərbağça”nın Joze Mourinyo ilə yollarını ayırmasından sonra danışıqlar apardığı namizədlərdən biri olan “Flamenqo”nun baş məşqçisi Filipe Luis mövzu ilə bağlı açıqlama verib.

İdmanxeber.az-ın məlumatına görə, braziliyalı mütəxəssis İstanbul klubunun təklifini qəbul etmədiyini bildirib:

“Doğru zaman deyildi. Başqa klublar mənimlə maraqlandıqda sevinirəm, çünki bu, gördüyünüz işin qiymətləndirildiyini göstərir. Amma doğru zaman deyildi. Məqsədimi yaxşı bilirəm, həyatım və karyeramla bağlı planlarım var. Bu təklif həmin planlara uyğun gəlmirdi. Üstəlik, hazırda çalışdığım klub və futbolçular qarşısında məsuliyyətim var və onu yerinə yetirməyi düşünürəm”.

Seçilən
11
1
idmanxeber.az

2Mənbələr