AZ

"Gənc istedadlar"ın müəllimi Təhsildə inkişaf və innovasiyalar üzrə IX qrant müsabiqəsinin qalibidir

"Gənc istedadlar"ın müəllimi Təhsildə inkişaf və innovasiyalar üzrə IX qrant müsabiqəsinin qalibidir

Bakı Dövlət Universitetinin (BDU) nəzdində "Gənc istedadlar" liseyinin müəllimi Arzu Orucova Elm və Təhsil Nazirliyinin Təhsildə inkişaf və innovasiyalar üzrə IX qrant müsabiqəsinin qalibi olub.

"Talk2AI: QuillBot Chat ilə ingilis dilində danış!" layihəsi ilə qalib olan Arzu Orucovanın əsas məqsədi süni intellekt alətləri vasitəsilə uşaqların ingilis dili bacarıqlarının artırılması və tədrisdə innovativ yanaşmanın tətbiqidir.

Qeyd edək ki, müsabiqəyə ümumilikdə 1552 layihə təqdim edilib. Müsabiqəyə təqdim edilən layihələr əvvəlcə texniki ekspertizadan keçirilib, nəticədə 1516 layihə "Məzmun ekspertizası" mərhələsinə buraxılıb. Bu mərhələdə ən yüksək bal toplayan 220 layihə qrant qazanıb. Həmin layihələrin 6-sı ümumi təhsil müəssisələrinin, 214-ü isə təhsilverənlərin fərdi layihələridir.

Seçilən
11
1
afn.az

2Mənbələr