AZ

Əbədi melodiyalar: Üzeyir Hacıbəyli 140

ain.az xəbər verir, Azertag saytına əsaslanaraq.

Bakı, 16 sentyabr AZƏRTAC

Hər il Leopold və Mstislav Rostropoviçlər ev-muzeyində dahi bəstəkar Üzeyir Hacıbəylinin doğum günü müxtəlif tədbirlərlə qeyd edilir. Bu ildə ənənəyə sadiq qalaraq muzeydə “Əbədi melodiyalar: Üzeyir Hacıbəyli - 140” adlı tədbir təşkil edilib.

Muzeydən AZƏRTAC-a bildirilib ki, tədbirdə Qara Qarayev adına Mərkəzi İncəsənət Məktəbinin şagirdlərinin ifasında dahi bəstəkar Üzeyir Hacıbəylinin unudulmaz əsərlərindən ibarət möhtəşəm konsert proqramı təqdim olunub.

Konsert proqramında məktəbin xor kollektivi və kamera orkestrinin ifasında bəstəkarın “Leyli və Məcnun” operasından “Şəbi hicran” xoru, “Arşın mal alan” operettasından “Müqəddimə”, simli kvintet və qanunçular ansamblının ifasında “Arazbari”, “Koroğlu”, “Cəngi” kimi əsərləri səsləndirilib.

Qonaqlardan musiqişünas Leyla Həsənova çıxış edərək dahi bəstəkarın həyat və yaradıcılığından bəhs edib. Dahi bəstəkar Ü.Hacıbəylinin çıxış etdiyi videolent təqdim olunub.

Muzeyin rəhbərliyi tərəfindən Qara Qarayev adına Mərkəzi İncəsənət Məktəbinin şagirdlərinə, xor kollektivinə, kamera orkestrinə, xalq çalğı alətləri ansamblına və müəllim kollektivinə təşəkkürnamələr verilib.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
22
azertag.az

1Mənbələr