AZ

Rusiyada ərzaq mağazalarında məhsul çeşidi azalıb

ain.az, Olke.az portalına istinadən məlumatı açıqlayır.

İyul ayında Rusiyanın ərzaq mağazalarında ərzaq məhsullarının çeşidi ötən ilin eyni dövrü ilə müqayisədə 2,3%, qeyri-ərzaq məhsullarının çeşidi isə 1,8% azalıb.

Ölkə.az xəbər verir ki, bu barədə “Kommersant” qəzeti məlumat yayıb.

Bildirilir ki, alkoqollu məhsulların çeşidi 5,6%, uşaq məhsullarının çeşidi 5,1%, uşaqlar üçün qulluq vasitələrinin çeşidi 8,3%, üz üçün qulluq vasitələrinin çeşidi isə 7,3% azalıb. 

Eyni zamanda, bəzi kateqoriyalarda cüzi artım müşahidə olunub — məsələn, gigiyena məhsulları seqmentində çeşid 1% artıb.

Qəzetin sorğu keçirdiyi analitiklər çeşidlərin azalmasını ticarət şəbəkələrinin daha az yeni məhsul sifariş etməsi ilə izah ediblər. Bundan əlavə, mağazaların ümumi sahəsi də azaldılır ki, bu da rusiyalıların istehlak vərdişlərindəki dəyişikliklərlə əlaqələndirilir. Mağazalar daha çox hazır yeməklərin üstünlük təşkil etdiyi və qeyri-ərzaq məhsullarının demək olar ki, olmadığı kiçik obyektlərin inkişafına yönəlirlər. 

Həmidə İbrahimova

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
6
1
olke.az

2Mənbələr