AZ

Cozep Borrell İsraili idman yarışlarından kənarlaşdırmağa çağırdı

Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə keçmiş ali nümayəndəsi Cozep Borrell İsraili idman yarışlarından kənarlaşdırmağa çağırıb.

HİT.az xəbər verir ki, bu barədə "Onda Cero" məlumat yayıb.

"İsrail Qəzzada etdiklərinə görə beynəlxalq səviyyədə bütün mümkün vasitələrlə təcrid olunmalı və tədbirlərdə iştirak etməməlidir. Rusiya ilə olduğu kimi", deyə Borrell qeyd edib.

2022-ci ildə Rusiya Ukraynaya hücuma başlayandan sonra BOK beynəlxalq federasiyalara Rusiya və Belarus idmançılarını yarışlardan kənarlaşdırmağı tövsiyə edib. 2023-cü ilin dekabrında təşkilat Rusiyanın 2024-cü ildə Parisdə keçiriləcək Olimpiadada neytral ölkə kimi iştirakına icazə verilməsini tövsiyə edib. Nəticədə 15 rusiyalı idmançı Fransaya gedib, onlara Rusiya simvollarından, o cümlədən bayraq və himndən istifadə etmək qadağan edilib. O, cümlədən Rusiyanın futbol üzrə milli komandaları və klubları beynəlxalq yarışlardan kənarlaşdırılıb.

Samir

Seçilən
28
hit.az

1Mənbələr