AZ

Naxçıvanlı karateçilər ölkə çempionatında 1 qızıl, 3 gümüş medal qazanıblar

Sentyabrın 13–14-də Abşeron Olimpiya İdman Kompleksində şotokan karate üzrə XXXIII ölkə çempionatı keçirilib. 

Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən TƏHSİL.BİZ -ə verilən məlumata görə, yarışda Bakı, Sumqayıt, Gəncə, Şirvan, Qazax, Şəki, Ucar, Lənkəran, Salyan, Naxçıvan Muxtar Respublikası və digər regionlardan 30-a yaxın klubun tərkibində 400-ə qədər idmançı iştirak edib.

Muxtar respublikanı yarışda “Naxçıvan” Karate Klubundan baş məşqçi Taryel Bağırovun rəhbərliyi ilə 6 idmançı təmsil edib. Naxçıvanlı idmançılar 1 qızıl və 3 gümüş medal qazanmağa müvəffəq olublar.

İdmançılardan ən yaxşı nəticə Fatimə Bağırzadəyə məxsus olub. 10–11 yaş qızlar arasında -36 kq çəki dərəcəsində çıxış edən Fatimə 1-ci yeri tutaraq qızıl medal qazanıb. Klubun digər üzvlərindən Elgün Zeynalov (16–17 yaş, -68 kq çəki), Güllər Hüseynova (14–15 yaş, +61 kq) və Sona Nəcəfbəyli (8–9 yaş, -28 kq) gümüş medal əldə ediblər.

 

 

 

 

 

Seçilən
21
tehsil.biz

1Mənbələr