AZ

Eşq payızda bu bürclərin üzünə güləcək – Romantikanın mərkəzinə çevriləcəklər

Payız yalnız saralan yarpaqlar və sərin küləklərlə gəlmir. Bu fəsil bir çox insan üçün ürək döyüntülərinin sürətlənməsi, yeni tanışlıqlar və gözlənilməz eşqlərin başlanğıcı deməkdir. Astrologiyaya görə, bəzi bürclər bu payızda romantikanın mərkəzinə çevriləcək və duyğularını daha açıq şəkildə yaşayacaqlar.

Yenisabah.az həmin bürcləri təqdim edir:

Əqrəb – Payızın əsas bürcü olan Əqrəblər üçün bu mövsüm duyğuların dərinləşməsi ilə yadda qalacaq. Onları həm yeni münasibətlər, həm də mövcud əlaqələrdə romantikanın artması gözləyir. Toyuqlu pizza

Oxatan – Macərapərəst Oxatanlar payızda sürpriz tanışlıqlarla qarşılaşa bilərlər. Onların həyatına daxil olacaq insanlar uzunmüddətli münasibətlərin təməlini qoya bilər.

Balıq – Hisslərini gizlətməyi bacarmayan Balıqlar üçün bu payız sevgi etiraflarının vaxtıdır. Onların emosional dünyası daha da zənginləşəcək.

Xərçəng – Ailə və sevgi mövzusunda həssas olan Xərçənglər payızda böyük harmoniya tapacaqlar. Xüsusilə ailə həyatı qurmaq istəyənlər üçün münasib dövrdür.

Tərəzi – Sevgidə balans axtaran Tərəzilərin qarşısına bu payızda uyğun tərəfdaş çıxa bilər. Həyatlarındakı boşluqlar eşqlə dolacaq.

Aytac Əliyeva


Telegram kanalımız
Seçilən
67
yenisabah.az

1Mənbələr