AZ

Sabah leysan olacaq - XƏBƏRDARLIQ

Bakıda və Abşeron yarımadasında sentyabrın 16-dan 17-nə keçən gecə, 17-də arabir yağış yağacağı gözlənilir.


Manset.az xəbər verir ki, bununla bağlı Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.

Bildirilib ki, yarımadanın bəzi yerlərində yağışın leysan xarakterli intensiv olacağı, şimşək çaxacağı ehtimalı var.

Azərbaycanın rayonlarında isə sentyabrın 16-sı axşamdan 21-dək fasilələrlə yağış yağacağı, şimşək çaxacağı, ayrı-ayrı yerlərdə yağıntıların leysan xarakterli intensiv və güclü olacağı, dolu düşəcəyi, yüksək dağlıq ərazilərdə yağışın sulu qara keçəcəyi gözlənilir.

Çaylarda sululuğun artacağı, bəzi dağ çaylarından qısamüddətli sel keçəcəyi ehtimal olunur.

Seçilən
14
49
manset.az

10Mənbələr