Polşada yaşayış binası pilotsuz uçan aparatdan deyil, F-16 döyüş təyyarəsindən atılan raketlə vurulub.
Xalqcebhesi.az xəbər verir ki, bu barədə "Rzeczpospolita" məlumat yayıb.
Məqaləyə görə, prokurorluq "tanınmamış uçan obyekt" barədə məlumatı gizlədib, bu obyektin qalıqları Polşanın Lublin vilayətindəki Vıgrık kəndindəki yaşayış evinə düşüb.
Rzeczpospolita-nın məlumatına görə, bu raket, ehtimal ki, Polşa F-16 təyyarəsindən bir pilotsuz uçuş aparatına qarşı atılıb və raketin naviqasiya sistemində nasazlıq baş verib.
Məryəm Quliyeva