AZ

"Turan Tovuz" doğma stadionuna nə vaxt qayıdır?

Tovuz şəhər stadionunda ot örtüyünün dəyişdirilməsi işləri yekunlaşmaq üzrədir.

Operativ Media xəbər verir ki, bu barədə “Turan Tovuz”un mətbuat xidməti məlumat yayıb.

Drenaj və suvarma sistemi quraşdırılan meydançaya toxum əkilib. Toxumların əkilməsi xüsusi texnikalarla həyata keçirilib və bu gün yekunlaşıb. Təbii ot örtüyünün oktyabrın sonunadək komandanın ixtiyarına verilməsi nəzərdə tutulub.

Seçilən
10
operativmedia.az

1Mənbələr