Avropa Parlamenti (AP) oktyabrın 6-9-da keçiriləcək plenar iclasında Avropa Komissiyasının (AK) sədri Ursula fon der Leyenə etimadsızlıq səsverməsi ilə bağlı debat və səsvermə keçirəcək.
Qaziler.az xəbər verir ki, bu barədə Politico AP prezidenti Roberta Metsolanın məktubuna istinadən məlumat yayıb.
Qeyd olunur ki, AK prezidentinə ayrı-ayrılıqda etimadsızlıq səsverməsi Avropa Parlamentindəki iki siyasi qrup - ifrat sağçı “Avropa Patriotları” və solçular tərəfindən təqdim edilib. Bu addım fon der Leyenin Aİ-nin vəziyyəti ilə bağlı illik müraciətindən bir neçə saat sonra edilib.
Nəşr bildirir ki, “Avropa Patriotları” fon der Leyeni Avropa İttifaqının siyasətində şəffaflıq və hesabatlılığın olmamasında ittiham edir, Aİ ilə ABŞ arasında bağlanmış ticarət sazişini tənqid edir. Solçular da Avropa Komissiyasının ticarət siyasətini bəyənmirlər.
QAZİLER.AZ