AZ

Rusiyada Özbəkistan vətəndaşlarını döyənlərə cinayət işi açıldı

BAKI, 16 sentyabr. TELEQRAF

Rusiyanın Primorsk vilayətinin İstintaq Komitəsi sentyabrın əvvəlində Vladivostokda Özbəkistan vətəndaşlarının döyülməsi və təhqir edilməsi faktı ilə bağlı cinayət işi açıb.

Teleqraf xəbər verir ki, bu barədə Rusiya İstintaq Komitəsinin Primorsk üzrə idarəsi məlumat yayıb.

Şübhəlilərin şəxsiyyəti müəyyən edilib, onlardan biri saxlanılıb, daha ikisi isə axtarılır.

Cinayəti törədənləri 7 ilədək həbs cəzası gözləyir.

Özbəkistanın Vladivostokdakı Baş Konsulluğu bir qrup gəncin özbəklərə hücumu ilə bağlı Rusiya Xarici İşlər Nazirliyi və Prokurorluğuna notalar göndərmişdi.

Seçilən
1
teleqraf.com

1Mənbələr