AZ

Yollar daha su altında qalmayacaq: İcra Hakimiyyəti əmin edir FOTOLAR

Cebheinfo saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

Xəbər verdiyimiz kimi, son günlər yağan güclü yağış Xırdalan şəhərində yolları su altında qoyub və avtomobillərin hərəkətini çətinləşdirib. 

Hər dəfə yağış yağanda yollarda yaranan belə vəziyyət sakinlərinin narazılığına səbəb olub. Yollarda yaranan bu vəziyyətin səbəbi nədir? Bu problemin təkrarlanmamasi üçün hər hansı tədbir görülürmü? 

Məsələ ilə bağlı “Cebheinfo.az”- a açıqlama verən Abşeron Rayon İcra Hakimiyyətinin mətbuat xidmətinin rəhbəri Seymur Qasımov bildirib ki, bir sıra qabaqlayıcı tədbirlər davam etdirilir: 

“13-14 sentrabr 2025- ci il tarixində yağan intensiv yağış Abşeron rayonunun Xırdalan şəhərinin bəzi küçələrindəndə fəsadsız ötməyib. Abşeron Su Meliorasiya Sistemlərinin İstismarı idarəsini mütəxəssisləri tərəfindən verilən məlumata əsasən kanalizasiya şəbəkəsinin normadan artıq yağış suyu ilə yüklənməsi səbəbindən dolub-daşma halı baş vermişdir. 

Yaranan çətinlik nasosxanaların gücləndirilmiş iş rejiminə keçirilməsi ilə tez bir zamandan aradan qaldırılıb. Məlumat üçün qeyd edək ki, Xırdalan şəhəri H.Z.Tağıyev və H.B.Zərdabi küçələrindən keçən istismar müddətini başa vurmuş D=1000 mm dəmir-beton boru yenisi ilə əvəz olunması işlərinə başlanılılıb və hal-hazırda bu istiqamətdə işlər davam etdirilir”. 

Gülər 

“Cebheinfo.az”

 

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
6
1
cebheinfo.az

2Mənbələr