Qətər əmiri və ABŞ dövlət katibi İsrailin Dohaya hücumunu və müdafiə əməkdaşlığını müzakirə ediblər.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.
Diplomatik mənbələrə istinadən, görüş zamanı tərəflər ABŞ-Qətər münasibətlərinin gücləndirilməsi, xüsusilə də müdafiə sahəsində əməkdaşlığın genişləndirilməsi məsələlərini ön plana çəkiblər.
"Onlar iki ölkə arasında strateji əlaqələri, xüsusilə də müdafiə sektorunda əməkdaşlığın gücləndirilməsi yollarını müzakirə ediblər. Onlar həmçinin regional və beynəlxalq hadisələri, xüsusilə İsrailin Dohaya xain hücumunun nəticələrini müzakirə ediblər", – deyə diplomat bildirib.
Mənbənin sözlərinə görə, İsrailin Qətərin paytaxtında HƏMAS rəhbərliyinin yerləşdiyi iqamətgaha zərbə endirməsi Vaşinqtonla Doha arasında yeni müdafiə sazişinin tezliklə imzalanmasının zəruriliyini ortaya qoyur.