AZ

Almaniyanı Avropa çempionu edən mütəxəssis xəstəxanaya yerləşdirildi

sport24.az saytından verilən məlumata görə, ain.az xəbər verir.

Basketbol üzrə Almaniya millisinin baş məşqçisi Aleks Mumbru qitə çempionatından sonra kəskin pankreatit diaqnozu ilə xəstəxanaya yerləşdirilib. Sport24.az xəbər verir ki, bu barədə "Mundo Deportivo" məlumat yayıb.

Mənbənin sözlərinə görə, turnirdən sonra məşqçi tibbi müayinədən keçmək üçün Barselonaya uçub və onun nəticələrinə əsasən həkimlər onun dərhal xəstəxanaya yerləşdirilməsinə qərar verib. İspan mütəxəssis kəskin pankreatitdən müalicə olunacaq, sonra isə öd kisəsinin çıxarılması əməliyyatı aparılacaq.

Qeyd edək ki, Mumbrunun rəhbərlik etdiyi Almaniya Avropa çempionatının finalında Türkiyə yığmasına 88:83 hesabı ilə qalib gələrək tarixdə ikinci dəfə turnirin qalibi olublar.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
7
sport24.az

1Mənbələr