Formula 1-də 2026-cı ildə keçiriləcək sprint yarışlarının yeri məlum olub.
Offsideplus.az xəbər verir ki, bu barədə FIA məlumat yayıb.
Növbəti mövsüm Çin, ABŞ (Mayami), Kanada, İngiltərə, Niderland və Sinqapur həftəsonlarında sprint yarışı da olacaq.
Kanada, Niderland və Sinqapur ilk dəfə bu formatda yarışlara ev sahibliyi edəcək.
Qeyd edək ki, F1-də cari mövsümün növbəti yarışı bu həftəsonu Bakıda təşkil olunacaq.