AZ

"Qəbələ"nin futbolçusu dünya çempionatında iştirak edəcək

“Qəbələ”nin gənc futbolçusu Salihu Nasiru FİFA U-20 dünya çempionatında iştirak edəcək.

Sportal.az xəbər verir ki, 18 yaşlı oyunçu Çilidə keçiriləcək mundialda mübarizə aparacaq Nigeriya millisinin 21 nəfərlik heyətinə daxil edilib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Nigeriya U-20 millisi sentyabrın 27-də start götürəcək dünya çempionatının final mərhələsində F qrupunda Kolumbiya, Səudiyyə Ərəbistanı və Norveç komandaları ilə mübarizə aparacaq.

Qeyd edək ki, Salihu Nasiru daha əvvəl Nigeriyanın U-20 millisinin heyətində 4 oyunda iştirak edib.

saytlarin hazirlanmasi

Seçilən
35
8
sportal.az

10Mənbələr