AZ

Qətər əmiri və Rubio müdafiə sahəsində əməkdaşlığın gücləndirilməsini müzakirə ediblər

Qətər

Qətər əmiri Şeyx Tamim bin Hamad Al Tani və ABŞ Dövlət katibi Marko Rubio, İsrailin Dohaya hücumunun nəticələrini müzakirə edərək, Qətər və ABŞ arasında müdafiə sahəsində əməkdaşlığın gücləndirilməsinin zəruriliyini vurğulayıblar.

Xalqcebhesi.az xəbər verir ki, bu barədə Qətərin Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Məcid bin Məhəmməd Al-Ansari TASS-a açıqlama verib.

"Onlar iki ölkə arasındakı strateji əlaqələri və əməkdaşlığın gücləndirilməsi yollarını, xüsusən müdafiə sahəsində müzakirə ediblər. Həmçinin regional və beynəlxalq hadisələr, xüsusilə İsrailin Dohadakı HƏMAS rəhbərliyinin iqamətgahına etdiyi təhlükəsizliyə qarşı hücumun nəticələri müzakirə edilib", — deyə diplomat bildirib.

O, İsrailin HƏMAS rəhbərliyinin Doha paytaxtında yerləşən iqamətgahına etdiyi hücumun, ABŞ və Qətər arasında birgə müdafiə sazişinin tezliklə imzalanmasının vacibliyini göstərdiyini qeyd edib.

Məryəm Quliyeva

Seçilən
23
1
xalqcebhesi.az

2Mənbələr