Bakı, 16 sentyabr, AZƏRTAC
"Qarabağ"ın U-19 komandası UEFA Gənclər Liqasının əsas mərhələsində ilk oyununa çıxıb.
AZƏRTAC xəbər verir ki, Ağdam təmsilçisi Portuqaliyada "Benfika”nın müvafiq yaş qrupundan ibarət komandasının qonağı olub.
Görüş Rəşad Sadiqovun kollektivinin 1:7 hesablı məğlubiyyəti ilə yekunlaşıb. Azərbaycan təmsilçisinin yeganə qoluna Əli Qazıbəyov imza atıb.
Qeyd edək ki, “Qarabağ”ın U-19 komandası növbəti oyununu oktyabrın 1-də Bakıda Danimarka təmsilçisi "Kopenhagen"ə qarşı keçirəcək.