AZ

“Formula 1 in Azərbaycan Qran prisi azarkeşlərin sevimlisinə çevrilib” Deputat

ain.az xəbər verir, Azxeber.com saytına əsaslanaraq.

"Azərbaycanda keçirilən "Formula” yarışları mövsümü yeni iş yerlərinin açılışı, valyuta daxil olmasının artması ilə nəticələnir. "Formula-1” bahalı və elit idman növüdür”.

Bu sözləri AZXEBER.COM-a açıqlamasında "Formula-1” yarışlarının ölkəmizə faydalarını şərh edərkən Milli Məclisin deputatı Müşfiq Cəfərov bildirib. 

O qeyd edib ki, formula yarışları üçün Bakının mərkəzi hotellərində yerlər hər zaman dolu olur:

"Azərbaycanda keçirilən Formula yarışları mövsümü yeni iş yerlərinin açılışı, valyuta daxil olmasının artması ilə nəticələnir. Bu da yekunda qeyri-neft sektorunun inkişafına təkan verir. Bu, artıq ənənədir, ənənəvi xarakter alıb. Ən fəal tamaşaçıların rəyinə görə, Bakıdakı "Formula 1” yarışı çox cəlbedicidir. Hər zaman gözlənilməz anlarla dolu olan Formula-1-in Azərbaycan Qran-prisi həm xarici medianın, həm də azarkeşlərin sevimlisinə çevrilib”. 

Deputat qeyd edib ki, Azərbaycan qran-prisi dünyada çox böyük maraqla qarşılanıb: 

"2021-ci il "Formula-1” Azərbaycan Qran-prisi ABŞ-də son iki ildə ən çox izlənilən avtoidman yarışı adına layiq görülərək həmin ilin Monako Qran-prisinin rekord izləyici sayını üstələyib”.

Deputat vurğulayıb ki, "Formula 1” Azərbaycan Qran-prisinin ölkəmiz üçün maliyyə faydaları da böyükdür:

"Bakıda keçirilən "Formula-1” yarışlarını izləməyə gələn əcnəbilərin sayında hər il artım olur. Hər kəsin diqqət mərkəzində olan bu tədbir ölkəmizin dünyaya sürətli inteqrasiyasını təmin etməklə yanaşı, sosial-iqtisadi yüksəlişimizə də təkan göstərir. Statistika göstərir ki, turistlərin iqtisadiyyatın müxtəlif sahələrinə, o cümlədən peşəkar xidmətlər, hotel və mehmanxana, hava yolları, iaşə obyektləri, restoran, nəqliyyat, sosial və mədəni xidmətlər, poçt və telekommunikasiya və digər sektorlara verdikləri faydalar həddən artıq böyükdür”. 

Şahanə Ziyad

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
12
1
azxeber.com

2Mənbələr