AZ

Kats: "HƏMAS silahı yerə qoymalıdır"

Busözləriİsrailin müdafiə naziri İsrael Kats hərbçilərlə görüş əsnasında dilə gətirib. O vurğulayıb ki, ölkəsinin HƏMAS-dan tələbi yalnız sadaladığı məsələlərdir.

"Bu tələblərdə könüllülükdən söhbət gedə bilməz. Onlar yerinə yetirməsələr, hücumun nəticəsində hamısını aradan götürəcəyik. Bu həm də əsirlərin azadlığa çıxarılması üçün fürsət yaradacaq",– nazir vurğulayıb.

Məlumat üçün bildirək ki, İsrail Silahlı Qüvvələri bu gün hərbi əməliyyatları genişləndirərək, Qəzza şəhərinə doğru hücuma keçib.

"Qəzza şəhərinə nəzarəti ələ keçirmək istəyirik, çünki bu, HƏMAS-ın əsas idarə simvoludur. Qəzza nəzarətə götürülərsə, onlar da dağılışacaqlar",– İsrael Kats söyləyib.

Firudin Həmidli
AzVision.az
Seçilən
37
1
azvision.az

2Mənbələr