Bakı. Trend:
2024-cü ilin sonuna olan vəziyyətə görə Azərbaycanın kreditportfeli bütün əsas seqmentlər üzrə artıb, biznes kreditlərininhəcmi isə 2023-cü illə müqayisədə 2,2 milyard manat artaraq 14,8milyard manata çatıb.
Bu barədə Trenddünyanın aparıcı audit və peşəkar xidmətlər təchizatçısı olan“Deloitte” şirkətinə istinadən xəbər verir.
Qeyd olunur ki, ipoteka portfeli (yaşayış daşınmaz əmlakı üzrə)0,6 milyard manat artaraq 4,25 milyard manata yüksəlib. İstehlakkreditləri də əhəmiyyətli dərəcədə artaraq 1,51 milyard manatlıqartımla 8,44 milyard manata çatıb.
Məlumata görə, bu tendensiyalar kreditləşmədə davamlı fəallığıvə həm korporativ, həm də məişət sektorunda artan tələbi əksetdirir. Eyni zamanda bank sektoru aktivlərin keyfiyyətiniyaxşılaşdırmağa nail olub ki, bu da problemli kreditlərin payının2022-ci ildəki 3,80 faizdən 2024-cü ildə 2,38 faizə enməsi ilətəsdiqlənir.
“2022-2024-cü illər ərzində Azərbaycan bank sektoru cüzidalğalanmalarla stabil gəlirlilik nümayiş etdirib. 2024-cü ildəxalis mənfəət 2023-cü ildəki 1,1 milyon manata nisbətən bir qədərazalaraq 1 milyon manata düşüb.
Aktivlərin rentabelliyi (ROA) 2,4 faizdən 2,1 faizə, kapitalınrentabelliyi (ROE) isə 20,0 faizdən 17,9 faizə enib. Cüzi azalmayabaxmayaraq, mənfəətlilik göstəriciləri 2022-ci il səviyyəsindənxeyli yüksək olaraq qalıb”,- məlumatda qeyd olunur.