AZ

Qəzzada ölənlərin sayı 64 964 nəfərə çatıb

Qəzzada

İsrailin 7 oktyabr 2023-cü ildən intensiv hücumlara başladığı Qəzza zolağında ölənlərin sayı 64 min 964, yaralıların sayı isə 165 min 312-yə yüksəlib.

İsrail ordusunun Qəzza zolağının işğalını daimi etmək üçün başlatdığı hücumlar fasiləsiz davam edir.

Xalqcebhesi.az xəbər verir ki, Fələstin Səhiyyə Nazirliyi 7 oktyabr 2023-cü il tarixindən bu yana həyata keçirilən hücumların sayı ilə bağlı son rəqəmləri açıqlayıb. Bəyanatda son 24 saat ərzində Qəzza zolağında 59 cəsədin və 386 yaralının xəstəxanalara çatdırıldığı bildirilib.

İsrailin Qəzza zolağında atəşkəsi birtərəfli qaydada pozduğu martın 18-dən indiyədək 12 413 fələstinli ölüb, 53 271 nəfər yaralanıb.

Nazirlik həmçinin İsrailin 7 oktyabr 2023-cü ildə başlatdığı hücumların sayını açıqlayaraq, ölənlərin sayının 64.964-ə, yaralıların sayının isə 165.312-yə yüksəldiyini bildirib.

Məryəm Quliyeva

Seçilən
12
xalqcebhesi.az

1Mənbələr