AZ

Reabilitasiya mərkəzləri lisenziyasız fəaliyyət göstərir- QURUMDAN AÇIQLAMA

Nümunə olaraq, ötən günlərdə Milli Qəhrəman Salatın Əsgərovanın oğlu Ceyhun Əsgərovun reabilitasiya zamanı çəkilib paylaşılan görüntüləri sosial şəbəkə izləyiciləri tərəfindən sərt tənqidə məruz qalıb.  Ajans.az reabilitasiya mərkəzlərinin fəaliyyətini araşdırmaq üçün Analitik Ekspertiza Mərkəzinə sorğu ünvanlayıb.  Mərkəzdən Ajans.az-a cavab olaraq bildirlib ki, “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikası Qanununun 14.2-ci maddəsinə əsasən, lisenziyalaşdırılan fəaliyyət növlərinin siyahısı yalnız Nazirlər Kabinetinin qərarı ilə müəyyən edilir. Hazırda narkoloji reabilitasiya mərkəzlərinin fəaliyyəti həmin siyahıya daxil edilməyib. Narkoloji reabilitasiya mərkəzlərinin fəaliyyəti lisenziyalaşdırılan sahəyə aid olmadığına görə onların işinə nəzarət Analitik Ekspertiza Mərkəzinin səlahiyyətlərinə daxil deyil. Qurum açıqlayıb ki, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi haqqında” Qanunun tələblərinə əsasən, hər hansı müəssisədə yoxlama yalnız qanunla müəyyən edilmiş hallarda və dövlət qurumlarının rəsmi müraciəti əsasında mümkündür. Belə müraciət daxil olduqda və ya vətəndaşlar tibbi fəaliyyət göstərilməsi barədə sübutedici sənədlərlə şikayət təqdim etdikdə, AEM həmin müəssisədə tibbi xidmət göstərilib-göstərilmədiyini araşdırmaq üçün plandankənar yoxlama keçirə bilər.

Yoxlama zamanı müəssisədə lisenziyasız tibbi fəaliyyətin aparılması aşkar edildikdə, məsələ qanunvericilik çərçivəsində aidiyyəti üzrə müvafiq tədbirlərin görülməsi üçün hüquq-mühafizə orqanlarına yönləndirilir.

Seçilən
62
Ajans.az

1Mənbələr