Bakı. Trend:
İslam Dünyası Təhsil, Elm və Mədəniyyət Təşkilatının (ICESCO)Baş direktoru Səlim bin Məhəmməd əl-Malik ölkəmizə səfəriçərçivəsində Şuşa və Xankəndidəki təhsil müəssisələrini ziyarətedib.
Trendxəbər verir ki, bu barədə Elm və Təhsil Nazirliyi məlumatyayıb.
Bildirilib ki, baş direktor elm və təhsil naziri EminƏmrullayevlə birgə əvvəlcə Şuşa şəhəri 1 nömrəli tam orta məktəbdəyaradılan müasir tədris şəraiti ilə tanış olub və şagirdlərləgörüşüb.
Daha sonra Qarabağ Universitetinə baş çəkərək universitetin yeniinşa olunan korpusları, auditoriya və laboratoriyalarda yaradılanşərait, həmçinin yataqxana imkanları ilə tanış olub. Tələbələrləgörüş zamanı sözügedən universitetdə onların təhsil fəaliyyətinidəstəkləyən şərait barədə fikir mübadiləsi aparılıb və xatirəşəkilləri çəkilib. Ziyarət zamanı universitetin rektoru ŞahinBayramov qonağa müəssisənin fəaliyyəti barədə məlumat verib.
Səfər çərçivəsində Baş direktor və rəhbərlik etdiyi nümayəndəheyətinin üzvləri Qarabağ Universitetinin Klinikası ilə də tanışolub. Klinikanın direktoru, Tibb və Sağlamlıq Elmləri fakültəsinindekanı Samir Babayev müəssisənin fəaliyyəti, yaradılan şərait vəgələcək planlar barədə ətraflı məlumat verib.