AZ

"Azərbaycanın regional və qlobal əməkdaşlıqda liderliyi möhkəmlənir" - DEPUTAT

Milli Məclisin deputatı Pərvanə Vəliyeva QHT.az-a açıqlamasında bildirib ki, Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin Beyin Mərkəzləri Forumunun 13-cü sessiyasının Bakıda keçirilməsi Azərbaycanın beynəlxalq nüfuzunun və təşəbbüskarlıq rolunun göstəricisidir.

"Forum regional təhlükəsizlik, iqtisadi inteqrasiya və beyin mərkəzlərinin şəbəkələşməsi baxımından yeni imkanlar yaradır. Azərbaycanın həm Avropa, həm Asiya, həm də Yaxın Şərq arasında təbii tranzit zonası olması ölkəmizi əməkdaşlıq üçün strateji tərəfdaşa çevirir".

Deputat əlavə edib ki, Azərbaycanın Şanxay Əməkdaşlıq Təşkilatı ilə münasibətləri də genişlənir və bu, Orta Dəhlizin strateji əhəmiyyətini artıraraq ölkəmizin beynəlxalq mövqeyini daha da gücləndirir.

 

Pərvanə Fərhadqızı

Seçilən
25
qht.az

1Mənbələr