Bakı. Trend:
Sentyabrın 16-da Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti ŞeyxMəhəmməd bin Zaid Əl Nəhyan rəsmi səfərlə Azərbaycana gəlib. Busəfər son illərdə dinamik və qarşılıqlı faydalı əməkdaşlıqnümunəsinə çevrilmiş ölkələrarası münasibətlərdə yeni mərhələnisimvolizə edir.
BƏƏ ilə əməkdaşlığın sürətli artımında Prezident İlham Əliyevinşəxsi rolu xüsusi vurğulanır. Dövlət başçısının Yaxın Şərqdə vəonun hüdudlarından kənarda strateji tərəfdaşlarla əlaqələrigücləndirməyə yönəlmiş sistemli fəaliyyəti iri investisiyalar vəyeni birgə layihələrin reallaşdırılması üçün əlverişli zəminyaradır. Bu ilin iyulunda Prezident İlham Əliyevin BƏƏ-yə səfərizamanı “Hərtərəfli İqtisadi Tərəfdaşlıq Sazişi” imzalanıb. Bu sənədiqtisadi əməkdaşlığın genişlənməsinə açar olmaqla yanaşı, sənaye,kənd təsərrüfatı, logistika, turizm və xüsusilə bərpaolunan enerjisahəsində layihələrin həyata keçirilməsinə imkan açır.
BƏƏ artıq Azərbaycanın energetika sahəsinə fəal şəkildə sərmayəyatırır. Əsas layihələr arasında 2022-ci ildə Masdar şirkətitərəfindən inşa edilmiş 230 MVt gücündə Qaradağ Günəş ElektrikStansiyası, eləcə də ümumi gücü bir neçə giqavat təşkil edən irikülək və günəş layihələri var. 2024-cü ildə Masdar şirkətininiştirakı ilə Neftçala və Biləsuvar günəş elektrik stansiyalarının,həmçinin Abşeron-Qaradağ külək elektrik stansiyasının tikintisinəbaşlanılıb. Bu layihələr göstərir ki, ölkələrarası əməkdaşlıqsadəcə bəyanatlarla məhdudlaşmır, konkret investisiyalar vəgenişmiqyaslı infrastruktur təşəbbüslərində əksini tapır.
Səfərin mühüm hissəsini diplomatik gündəlik təşkil edib.Əbu-Dabidə Prezident İlham Əliyev Ermənistanın baş naziri NikolPaşinyanla tarixi görüş keçirib. Dialoq üçün məhz BƏƏ paytaxtınınseçilməsi ölkəyə göstərilən yüksək etimadı və onun mürəkkəbməsələlərin həllində etibarlı tərəfdaş kimi beynəlxalq nüfuzunu əksetdirir.
Prezident İlham Əliyev Al Arabiya telekanalına verdiyi sonmüsahibəsində Körfəz ölkələri ilə əməkdaşlığın əhəmiyyətinivurğulayıb:
“Bu ölkələrlə çox güclü tərəfdaşlığımız var. Yeri gəlmişkən,bizim bərpaolunan enerjidə əsas sərmayədarlar Birləşmiş ƏrəbƏmirlikləri (BƏƏ) və Səudiyyə Ərəbistanından olan şirkətlərdir.Onlar bizim əsas sərmayədarlardır. Onlar indi investisiyayatırırlar.
Beləliklə, bu, Azərbaycanla Körfəz Əməkdaşlıq Ölkələri arasındaəlaqələrin mühüm tərkib hissəsidir. Çünki bizim faydalı qazıntıyanacağımız var, həmçinin biz bərpaolunan enerji üzərində fəalşəkildə işləyirik. Biz birlikdə bir çox yaxşı layihələr həyatakeçirə bilərik. Yeri gəlmişkən, BƏƏ-nin çox mühüm enerji şirkətiADNOC Xəzər dənizində bizim ən böyük qaz yataqlarımızdan birininsəhmdarı olub. Eyni zamanda, bizim dövlət şirkətimiz SOCAR BƏƏ-dəneft hasilatı layihələrindən birinin səhmdarı olub”,- deyəPrezident bildirib.
Bundan əlavə, 2024-cü ilin yekunlarına əsasən, BƏƏ Azərbaycana490,2 milyon dollar həcmində sərmayə yatırmaqla ölkəiqtisadiyyatına ən çox sərmayə qoyan ilk 5 dövlət sırasına daxilolub. Bu isə ümumi xarici investisiyaların 7 faizini təşkiledir.
Diqqətçəkən məqam ondan ibarətdir ki, BƏƏ Prezidenti Azərbaycanasəfərinə məhz işğaldan azad olunmuş ərazilərdən başlayıb. ŞeyxMəhəmməd bin Zaid Əl Nəhyan artıq Füzuli Beynəlxalq Hava Limanınınfəaliyyəti ilə tanış olub, ona bu ərazilərdə inşa edilmiş digərobyektlər barədə də məlumat verilib. Hələlik BƏƏ-nin Qarabağdakonkret layihələri həyata keçirilmir, lakin yüksək səviyyəlimüzakirələr və mövcud sazişlər regionun bərpası və inkişafına dairgələcək birgə təşəbbüslər üçün möhkəm baza yaradır.
Ümumilikdə, Şeyx Məhəmməd bin Zaid Əl Nəhyanın səfəri sadəcəprotokol hadisəsi deyil, Azərbaycan ilə BƏƏ arasındakımünasibətlərin yeni strateji mərhələyə qədəm qoyduğunungöstəricisidir. Bu prosesdə isə əsas rol Prezident İlham Əliyevəməxsusdur. Onun baxış açısı və fəaliyyəti ikitərəfli tərəfdaşlığıuğurlu beynəlxalq əməkdaşlıq nümunəsinə çevirir və hər iki ölkəüçün yeni üfüqlər açır.