Onun sözlərinə görə, 1995-ci ildə Boliviyanın La-Pas, Polşanın Krakov şəhərlərində, ABŞ-nin Konnektikut ştatında qeydə alınmış holokostdan sağ çıxan şəxslərin ifadələri "ChatGPT" çatbotuna ötürülüb. Üzə çıxıb ki, iş prinsipi konkret alqoritmlərə əsaslanan çatbot ifadələrin təhlilini apararkənmühüm detalları nəzərdən qaçırır.

(Kornell Universitetinin əməkdaşı Yan Burtslaf)
"Sİ sözügedən ifadələrdə vurğulanan vacib insani nöqtələri düzgün çatdırmaqda acizdirsə, daha incə məqamlarda da təhrifə yol verə bilər. Bu baxımdantarixçilərin rolu əvəzsizdir. Onlar eşidir, təhlil aparır, şərh verirlər. Sİ isə yalnız ümumiləşdirir",– Yan Burtslaf söyləyib.
Alimin fikrincə, çatbotlar və digərSİ alətləritarixi hadisələrin izahına yeni perspektivlər gətirə bilərlər, amma onlar, eyni zamanda,"mürəkkəb insani faciələri sadələşdirməyə meyillidirlər".
"Sİ qurbanların ifadələrinə ötəri yanaşır, çünki əsaslandığı alqoritmlər "hamar və nizamlıdır". Halbuki tarixçinin işi etik çəkini saxlamaqdır",– o bildirib.
Yan Burtslaf belə qənaətdədir ki, tarix elmi Sİ-nin ixtiyarına buraxılarsa, cəmiyyətlər öz keçmişlərini yanlış öyrənmək təhlükəsi qarşısında qala bilərlər.
Firudin Həmidli
AzVision.az