AZ

Azərbaycan Rusiyadakı yarışdan imtina etdi, Ermənistan isə gözləyir

Bakupost portalından alınan məlumata görə, ain.az xəbər verir.

Azərbaycan 20 sentyabrda Moskvada keçiriləcək “İnterviziya” beynəlxalq mahnı müsabiqəsində iştirakdan imtina edib.

Bakupost.az Rusiya KİV-ə istinadən xəbər verir ki, bu barədə Sergey Lavrov məlumat verib.

Onun sözlərinə görə, Ermənistan da hələlik öz iştirakını təsdiqləməyib.

Qeyd edək ki, avqust ayında müsabiqənin rəsmi Instagram hesabı bildirmişdi ki, Azərbaycan və BƏƏ “İnterviziya-2025” mahnı müsabiqəsində iştirak etməyəcək.

Aysel,

BakuPost

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
15
www.bakupost.az

1Mənbələr