AZ

Tramp və Şahbaz Şərif Nyu-Yorkda görüşə bilərlər

ABŞ Prezidenti Donald Tramp Nyu-Yorkda BMT Baş Assambleyası çərçivəsində Pakistan Baş naziri Şahbaz Şəriflə görüşə bilər.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə "Geo News" mənbələrə istinadən məlumat yayıb.

Məlumata görə, danışıqlar Qətər və Səudiyyə Ərəbistanının vasitəçiliyi ilə keçiriləcək. Görüşün gündəliyinə Pakistandakı daşqınların nəticələrindən İsrailin Qətərə hava zərbələri ilə bağlı vəziyyətə qədər bir sıra məsələlərin daxil edilməsi planlaşdırılır.

Eyni zamanda, Pakistan və Hindistan arasında münasibətlərin müzakirəsi gözlənilir.

Diplomatik mənbələrin məlumatına görə, Ər-Riyad və Doha bu görüşün keçirilməsini dəstəkləyir.

Bundan əlavə, sentyabrın 14-də Pakistanın Baş nazirinin müavini və xarici işlər naziri İshak Dar ABŞ dövlət katibi Marko Rubio ilə telefon danışığı aparıb. Tərəflər ikitərəfli əlaqələri gücləndirmək və müxtəlif sahələrdə əməkdaşlığı genişləndirmək əzmini təsdiqləyiblər.

Xatırladaq ki, BMT Baş Assambleyası sentyabrın 23-də Nyu-Yorkda keçiriləcək.

Seçilən
19
2
bakivaxti.az

3Mənbələr