AZ

Ərdoğan: “İsrail faşizm dövlətidir, Netanyahu isə yeni Hitlerdir”

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Qətərdə keçirilən İslam Əməkdaşlıq Təşkilatı və Ərəb Liqasının fövqəladə zirvə toplantısından qayıdarkən jurnalistlərin suallarını cavablandırıb.

Turkustan.az xəbər verir ki, Qətərin paytaxtı Dohada İsrailin HƏMAS danışıqlar qrupuna qarşı həyata keçirdiyi hücumu sərt şəkildə tənqid edən Ərdoğan bildirib:

“İsrail bölgədəki quldurluğunu ehtiyatsızcasına davam etdirir. Bu xain hücum beynəlxalq hüquqa və beynəlxalq sistemə açıq-aşkar etirazdır. Bu, müstəqil bir ölkənin suverenliyinin və sülhün kobud şəkildə pozulmasıdır.”

Ərdoğan qeyd edib ki, artıq bütün dünya İsrailin beynəlxalq nizam üçün ciddi təhdid olduğunu görür və əlavə edib:
“Türkiyə hər şəraitdə Fələstin davasının bayraqdarı olmağa davam edəcək.”

Prezident həmçinin vurğulayıb ki, Türkiyənin uzun illərdir müdafiə etdiyi Fələstin və İsrail arasında iki dövlətli həll modeli indi qlobal əksəriyyətin ortaq mövqeyinə çevrilib.

Netanyahuya sərt ittiham səsləndirən Ərdoğan deyib:
“Netanyahu ideoloji baxımdan Hitlərə bağlı bir liderdir. İsrail isə bu gün açıq şəkildə terror və faşizm dövləti kimi fəaliyyət göstərir.”

Aytən Yaşar/ Turkustan.az

Seçilən
18
1
turkustan.az

2Mənbələr