AZ

8 il sonra Atalay doğum haqqında şəhadətnamə ala bilib

8

Təbriz Vətəndaşlıq Dairəsi İdarəsinin maneələrinə baxmayaraq, Əli Aslaninin ailəsi vəkil Əsgər Məhəmmədinin yardımları ilə 8 illikmübarizədən sonra “Atalay” adına doğum haqqında şəhadətnamə ala bilib.

Gunaz.tv

Bu barədə Əli Aslani Balamın Adı kampaniyasına danışıb.

"Oğlumuz 19 iyul 2018-ci ildə dünyaya gəlib və biz onun üçün Atalay adını seçmişik. Ancaq Təbriz Vətəndaşlıq Dairəsi rəsmiləri bu adın qeydiyyata alınmasına qarşı çıxıblar. Onlar bu adın İstanbul türkcəsində olduğunu və xarici at olduğunu deyiblər. Mən onlara bir neçə sənəd, o cümlədən Atalay adının çəkildiyi Şahmərəsi bəyin Azərbaycan türkcəsi lüğətini təqdim edib bunun belə olmadığını sübut etdim. Mən bütün sənədləri yığıb Tehrana müraciət etsəm də onlar da mənim müraciətimi rədd etdilər. Bundan sonra biz vəkil tutaraq şikayət etməyə məcbur olduq. Birinci instansiya məhkəməsi, sonra isə apellyasiya məhkəməsi barəmizdə mənfi qərar çıxardı və bizim etirazımızdan sonra iş ölkənin İnzibati Məhkəməsinə göndərildi. Bu məhkəmə isə yurisdiksiyasının olmaması barədə qərar çıxarıb bu işin onlara heç bir aidiyyəti olmadığını bəyan etdi. Bundan sonra biz cənab Əsgər Məhəmmədi vəkil seçdik və nəhayət, 8 illik vətəndaş mübarizəsindən sonra Təbriz Sülh Məhkəməsi 18 avqust 2025-ci il tarixdə xeyrimizdə qərar çıxardı. Bundan sonra Vətəndaşlıq Dairəsi Atalay adına doğum haqqında şəhadətnamə verdi." - deyə o bildirib.

Qeyd edək ki, İranda doğum haqqında şəhadətnaməsi olmayan uşaqlar bir sıra imtiyazlardan, süd tozu payından, pulsuz peyvənddən yararlana bilmirlər. Bundan başqa, xəstəxanalar kimlik sənədi olmayan uşaqları qəbul etməkdən imtina edirlər. Beləliklə, İranda əhalinin mövcud ağır sosial durumu səbəbindən bir çox ailələr tez bir zamanda doğum haqqında şəhadətnamə ala bilmək üçün türkcə olmayan adlar seçməyə məcbur olurlar.

Seçilən
9
1
xalqcebhesi.az

2Mənbələr