Bakı. Trend:
Braziliya millisinin üzvü Renan Lodi "Beşiktaş"a keçə bilər.
Trendtürk KİV-lərinə istinadən xəbər verir ki, sol cinah müdafiəçisiTürkiyəyə yollanmaq variantına sahibdir.
Məlumata görə, 27 yaşlı futbolçu özü də Superliqada oynamaqniyyətindədir. Yaxın günlərdə transferin baş tutub-tutmayacağıbəlli olacaq.
Lodi karyerası ərzində “Atletiko Paranaense”,“Atletiko”(Madrid), “Nottingem Forest”, “Marsel”, “Əl-Hilal”klublarında oynayıb.
Hazırda isə braziliyalı azad agent stausundadır.