AZ

Horadiz–Cəbrayıl–Zəngilan–Ağbənd yolunun tikintisi 95 faiz icra olunub

Strateji əhəmiyyətə malik Horadiz–Cəbrayıl–Zəngilan–Ağbənd avtomobil yolunun (Zəngəzur dəhlizi) tikintisi 95 faiz səviyyəsində tamamlanıb.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin məlumatına görə, Zəngəzur dəhlizi layihəsi müasir standartlara və yüksək keyfiyyət tələblərinə uyğun şəkildə inşa olunur.

Layihənin ümumi uzunluğu 149,9 km təşkil edir ki, bunun 123,6 km-i əsas yoldur. Yolun texniki dərəcəsi 1B-dir, bu da yüksək sürətli və təhlükəsiz hərəkətə imkan yaradır. Layihənin mühüm hissəsini təşkil edən tunellər üzrə işlər əsasən yekunlaşıb.

Körpülərə gəldikdə, 28 körpüdən 22-nin tikintisi başa çatıb, 6-da isə işlər davam etdirilir.

Horadiz–Cəbrayıl–Zəngilan–Ağbənd avtomobil yolu Hacıqabul–Horadiz–Ağbənd–Zəngəzur dəhlizi magistralının bir hissəsi kimi Azərbaycanın digər bölgələrini Naxçıvan Muxtar Respublikası ilə birləşdirmək baxımından mühüm əhəmiyyət daşıyır.

Bu layihə təkcə nəqliyyat infrastrukturunun inkişafı deyil, həm də regionda iqtisadi inteqrasiyanın sürətlənməsi, yeni ticarət marşrutlarının formalaşması və strateji əməkdaşlığın möhkəmlənməsi baxımından xüsusi əhəmiyyət kəsb edir.

Yolun tam istismara verilməsi yaxın gələcəkdə region üçün yeni iqtisadi və geosiyasi imkanlar yaradacaq.

Seçilən
30
1
vergiler.az

2Mənbələr