Türkiyədə, Mersinin Toroslar rayonunda 27 yaşlı ana əsəb böhranı keçirərək 5 yaşlı oğlunun boğazını bıçaqla kəsərək öldürüb.
Bizim.Media xəbər verir ki, hadisə gecəyarısı Mevlana məhəlləsində baş verib. İddiaya görə, əsəb böhranı keçirən ana kiçik oğlunun boğazını kəsərək həyatına son qoyub. Qonşuların xəbərdarlığından sonra hadisə yerinə polis və təcili tibbi yardım çağırılıb. Evin içinə girən qruplar uşağın artıq həyatını itirdiyini müəyyənləşdiriblər.
Prokuror və polis qruplarının araşdırmasından sonra uşağın cansız bədəni otopsiya üçün morqa aparılıb. Ana polis tərəfindən saxlanılıb, hadisə ilə bağlı istintaq davam edir.
Bizim.Media
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta