"Sabah"ın basketbolçusu Şirzad Şirzadov klubun mətbuat xidmətinə açıqlama verib.
Rekord.az xəbər verir ki, o, Litvada keçirdikləri təlim-məşq toplanışı barədə danışıb:
"Yüksək səviyyədə hazırlıq prosesi keçirik. Düzdür, yorğunluqla bağlı müəyyən çətinliklər olur. Bununla belə, məşqlərimizi davam etdiririk. Bir neçə yoxlama matçında gücümüzü sınamışıq. Ev sahibi "Jalqris"ə qarşı keçirdiyimiz oyun çətin oldu. Rəqibin heyətində təcrübəli oyunçular çoxluq təşkil edirdi. Hansı ki, onlar Avroliqada mübarizə aparıblar. Hazırda komandada ab-hava yüksək səviyyədədir. Oyundan-oyuna komanda üzvləri bir-birinə daha da yaxşı öyrəşirlər".
"Sabah" Azərbaycanı ilk dəfə FIBA Çempionlar Liqasının müntəzəm mövsümündə təmsil edəcək. "Bayquşlar" Litvada keçirdikləri yoxlama oyunlarında ev sahiblərinin "Yuventus" (90:83), "Qarqjday" (96:92) və "Nevejis" (108:82) klublarını məğlub edib, "Neptunas" (88:98) və "Jalgiris" kollektivlərinə (58:75) uduzub.