AZ

“SOCAR Polymer” istehsal etdiyi məhsulların 99%-ə yaxınını ixrac edib

BAKI, 16 sentyabr. TELEQRAF

Ötən il “SOCAR Polymer” MMC üzrə istehsal edilən məhsulların 98,9%-i ixrac edilib.

Teleqraf şirkətin ötən il üzrə hesabatına istinadən xəbər verir ki, məhsulların 1,1%-i daxili bazarda satılıb.

Şirkət üzrə 2024-cü il ərzində 124,2 min ton polipropilen məhsulu, 72,5 min ton yüksək sıxlıqlı polietilen məhsulu istehsal olunub. Başlıca ixrac istiqamətləri Rusiya, Türkiyə və Belarusiya bazarları olub. Ümumilikdə 5 ölkəyə polimer məhsulları ixrac edilib.

Seçilən
47
2
teleqraf.com

3Mənbələr