AZ

Rusiya hərbçiləri Ukraynada “Koşey” PUA-larından istifadə etməyə başlayıb

Rusiya əsgərləri xüsusi əməliyyat zonasında yeni “Koşey” pilotsuz uçan aparatından istifadə etməyə başlayıblar. PUA Tver şəhərinin “Dominanta” şirkəti tərəfindən yaradılıb.

Herbiand.az bildirir ki, bu barədə TASS-a şirkətdən məlumat verilib.

“Mühəndislərimiz tərəfindən “Koşey” heksakopter-bombardmançı yaradılıb. Bu dron Ukrayna “Baba-yaqa”sının analoqudur, baxmayaraq ki, texniki cəhətdən tamamilə fərqli qurğudur. Layihə Tver könüllülərinin sifarişi əsasında hazırlanıb”, - agentliyin mənbəsi deyib.

“Koşey” çox istifadə üçün nəzərdə tutulub və 3-6 sayda sursat daşımağa qadirdir. Artıq ilk partiyalar Avdeevka istiqamətində Rusiya Silahlı Qüvvələrinə çatdırılıb. Hərbçilər PUA-nın işini müsbət qiymətləndirir.

Dronun yük götürmə gücü 15 kiloqrama çatır, uçuş məsafəsi 30 kilometrə qədərdir. Bu cihaz həm də əsgərlərin standart təchizat kanalları çətin olan ərazilərə yüklərin çatdırılması üçün də istifadə oluna bilər.

Şirkət əlavə edib ki, gələcəkdə cihazın mülki istifadəsi də nəzərdən keçirilir.

Bəxtiyar CƏFƏRLİ

Seçilən
5
herbiand.az

1Mənbələr