AZ

Lüksemburq da Fələstini müstəqil dövlət kimi tanımaq qərarına gəldi

Lüksemburqun baş naziri Lyuk Friden və xarici işlər naziri Ksavyer Bettel parlament komissiyasına ölkənin Fələstin dövlətini tanımaq niyyətində olduğunu bildiriblər.

Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, bu barədə Politico məlumat yayıb.

Yeril mətbuatın yazdığına görə, tanınma ilə bağlı yekun qərarın sentyabrın sonunda Nyu-Yorkda keçiriləcək BMT Baş Assambleyasında qəbul ediləcəyi gözlənilir.

Bu addım Fransa və Belçika da daxil olmaqla bir sıra digər ölkələrlə razılaşdırılacaq.

Beləliklə, Lüksemburq artıq gələn həftə Fələstin dövlətini tanımağı planlaşdıran Qərb ölkələrinin artan siyahısına qoşulacaq. Qeyd olunur ki, baş nazir və XİN rəhbərinin bəyanatı hökumətin bir neçə aylıq tərəddüdlərindən sonra və Avropa liderlərinin İsraili Qəzza zolağında müharibəni dayandırmağa çağırışlarının fonunda səsləndirilib.

Musavat.com

 

Seçilən
18
musavat.com

1Mənbələr