AZ

“Xüsusilə narahatlıq doğuran sahələrdən biri bu fənndir”

ain.az, Cebheinfo portalına istinadən məlumat verir.

“Tədris dili üzrə həm Azərbaycan, həm də rus bölməsində bütün orta göstəricilər 50 faizdən yuxarıdır, lakin riyaziyyat fənni üzrə vəziyyət bir qədər fərqlidir”.

"Cebheinfo.az" xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin (DİM) İdarə Heyətinin sədri Məleykə Abbaszadə “Xalq qəzeti”nə müsahibəsində deyib.

O bildirib ki, 1-ci mərhələdə orta göstərici 46.11 faiz təşkil edir ki, bu, I qrupa sənəd təqdim edən abituriyentlər üçün nəzərəçarpan göstəricidir: “IV qrupa sənəd verən şagirdlərin riyaziyyat fənni üzrə nəticəsi isə 64 faiz olub, yəni ən yüksəksəviyyəli şagirdlər bu fənn üzrə daha yaxşı nəticə göstərirlər. Builki nəticələrə əsasən, ümumi olaraq fənlər üzrə keyfiyyət göstəriciləri sabitdir və müəyyən sahələrdə xüsusilə tədris dili fənni üzrə artım var. Riyaziyyat fənni üzrə imtahan verən şagirdlərin düzgün cavablarının faizi II qrupda 30.19 faiz, III qrupda 31.21 faiz və qabiliyyətyönümlü ixtisaslara aid V qrupda isə 31.28 faizdir. Əgər birinci mərhələdə riyaziyyat üzrə nəticələr 50 faizdən yuxarı olsaydı, biz artıq özümüzü məqsədimizə çatmış hesab edərdik”.

M.Abbaszadə xarici dillərdə inkişaf olduğunu qeyd edib: “Xüsusilə ingilis dili üzrə son 3-4 ildə sürətli irəliləyiş müşahidə olunur. I qrupda ingilis dili üzrə göstəricilər 50 faizdən yuxarı, II qrupda 43.26 faiz, III qrupda 53.36 faizdir. Azərbaycan və rus bölmələri arasında müqayisə aparanda deyə bilərik ki, Azərbaycan bölməsinin göstəriciləri ingilis dilindən başqa digər fənlərdə daha yüksəkdir. Rus bölməsində ingilis dili göstəriciləri qruplar üzrə ardıcıl olaraq təqribən 63 faiz, 58 faiz, 62 faiz, 74 faiz və 59 faiz olub. Nəzərə almaq lazımdır ki, rus bölmələri əsasən şəhər məktəblərindədir, Azərbaycan bölməsində isə çoxlu kənd məktəbləri var”.

DİM sədri həmçinin qeyd edib ki, xüsusilə narahatlıq doğuran sahələrdən biri də kimyadır: “Abituriyentlərin daha çox seçdiyi I qrupda bu fənnə aid bir çox ixtisas var. I qrupda orta göstərici 24.18 faiz, IV qrupda isə 49.17 faizdir, yəni qruplar arasında təxminən 25 faiz fərq mövcuddur. Mövcud nəticələr hələ qənaətbəxş deyil və təkmilləşdirilməyə ehtiyac var. I qrupda fizika üzrə düzgün cavabların faizi 33.29-dur və bu isə kifayət qədər aşağı səviyyədir, riyaziyyat üzrə də vəziyyət eynidir”.

"Cebheinfo.az"

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
36
3
cebheinfo.az

10Mənbələr