AZ

Dərslikdə provokasiya var, nazirlik səviyyəsində müraciət olunmalıdır - FOTOLAR

Yeni dərs ilinin başlanması ilə bağlı Gürcüstanın Təhsil Nazirliyinin nəşr etdirdiyi dərsliklərdə maraqlı bir vəziyyət ortaya çıxıb. Belə ki, 7-ci sinif “Tarix” fənni üzrə hazırlanan “Şagirdin dəftəri”nin üz qabığı erməni dilində, iç səhifələri isə Azərbaycan dilindədir. Sözügedən kitab Gürcüstanda fəaliyyət göstərən azərbaycandilli məktəblər üçün nəzərdə tutulub.

Məsələ ilə bağlı təhsil eksperti Elşən Qafarovun fikirlərini öyrəndik. O, Ölkə.az-a açıqlamasında bildirdi ki, bu məsələ Gürcüstan Təhsil Nazirliyi ilə bağlıdır və başqa bir ölkə olduğu üçün yalnız Elm və Təhsil Nazirliyi səviyyəsində müraciət olunmalıdır:

"Eyni zamanda, Gürcüstanda yaşayan Azərbaycan icması da bu istiqamətdə müraciət etməlidir. Hər bir azərbaycanlı kimi bu cür hal xoş deyil. Görünən odur ki, burada bir provokasiya var. Azərbaycan dilində olan vəsaitin və yaxud da əlavə vəsaitin üz qabığının erməni dilində verilməsi, hətta içərisində də müəyyən səhifələrin erməni dilində olması xoş olan hal deyil.

Üstəlik, bu addımı Gürcüstanın Təhsil Nazirliyi atırsa, bu, heç də xoş hal deyil. Məncə, bu məsələ ilə bağlı Elm və Təhsil Nazirliyi Gürcüstanın Elm və Təhsil Nazirliyi ilə əlaqə saxlamalı və təbii ki, izahat tələb etməlidir. 

İstər Azərbaycandakı gürcü məktəblərində istifadə olunan dərsliklərlə, istərsə də Gürcüstandakı Azərbaycan məktəblərində Azərbaycan dili dərslikləri ilə bağlı hər iki ölkənin Təhsil Nazirliyi səviyyəsində müəyyən əməkdaşlıq mövcuddur. Görünən odur ki, burada əməkdaşlıq məsələləri gözlənilməyib".

Məsələ ilə bağlı Elm və Təhsil Nazirliyinə sorğu ünvanlamışıq. 

Həmidə İbrahimova

Seçilən
7
1
olke.az

2Mənbələr