AZ

Vəkildən deputat Adil Vəliyevə CAVAB

Tribuna portalından verilən məlumata əsasən, ain.az bildirir.

Tanınmış vəkil Zibeydə Sadıqova deputat Adil Vəliyevin dünən Milli Məclisdə məhkumlara göstərilən tibbi xidmətlərlə bağlı dediyi fikirlərə münasibət bildirib.

Tribunainfo.az xəbər verir ki, deputat məhkumlara bəzi tibbi xidmətlərin göstərilməsinin mümkün olmadığını bildirib:

Sitat: “2024-cü il ərzində 670 məhkum müxtəlif ixtisaslaşdırılmış tibbi xidmətlərə — o cümlədən radiologiya (KT, MRT, PET, Doppler USM), cərrahi müdaxilələr (ümumi cərrahiyyə, travmatologiya, ginekologiya) və terapevtik müalicələrə (nefrologiya, revmatologiya, nevrologiya) ehtiyac duysa da, infrastruktur, tibbi avadanlıq və kadr çatışmazlığı səbəbindən bu xidmətlər göstərilməyib”.

Vəkil bildirib ki, əgər 670 məhkuma bu xidmətlər göstərilməyibsə, o zaman onların aqibəti barədə də məlumat verilməlidir:

“İndi sual yaranır. Bu statistika verildi, başa düşdük. Bəs bu 670 məhkumun aqibəti necə oldu?

Yəni travmatalogiya və ya ginekologiya nədir ki, məhkum bu xidmətlərdən yararlana bilmir?”.

Gülşən Rəsul

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
29
1
tribunainfo.az

2Mənbələr