AZ

Şəhid adının küçələrə verilməsi ilə bağlı güzəştlərin tətbiq edilməsi təklif olunur

Bakı. Trend:

Birinci və İkinci Qarabağ müharibəsi, antiterror əməliyyatlarışəhidlərinin adlarının təkcə yerlərə, meydanlara deyil, eynizamanda həmin yerlərdəki təhsil müəssisələrinə verilməsi üçünNazirlər Kabinetinin müəyyən etdiyi normalar var: azı iki ordenalan şəhidin adı müəssisələrə verilə bilər.

Trend xəbərverir ki, bunu Milli Məclisin Regional məsələlər komitəsinin üzvüVasif Qafarov komitənin bugünkü iclasında “Ərazi quruluşu vəinzibati ərazi bölgüsü haqqında” Qanunda dəyişiklik edilməsi barədəqanun layihəsinin müzakirəsi zamanı zamanı deyib.

“Lakin elə kəndlər var ki, orda cəmi 1 şəhid var, amma birmedalı və ya ordeni çatmır. Orada ikinci bir şəhid də yoxdur ki,müqayisə edib, üstünlük tanıyasan. Belə kəndlərdə o bir şəhid üçünistisnalıq tanınsa, çox yaxşı olar”, - deyə deputat bildirib.

Komitə sədri Siyavuş Novruzov da xatırladıb ki, “Şəhid adınınəbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında”Qanun var. Həmin qanunda hansı yerlərə şəhid adlarının verilməsinəzərdə tutulur.

“Elə yerlər var ki, bir kənddə 5 şəhid, 1 məktəb var. Ona görədə adın verilməsi çətinlik yaradacaq. Bu o demək deyil ki, həminşəhid ailəsinə qayğı göstərilmir. Onun adına park, küçə veriləbilər. Azərbaycanda təxminən 5 minədək məktəb var. Şəhidlərimizinsayı təxminən 15 minə yaxındır. Elə olur ki, bir məktəbə 3 nəfərdüşür. Bu məsələ ətrafında dəfələrlə müzakirə olunub. Şəhidailələri ilə söhbət zamanı bunu izah etməyə çalışırıq”, - deyəS.Novruzov qeyd edib.

Məqalədə:
Seçilən
73
13
az.trend.az

10Mənbələr