AZ

Tramp “The New York Times”ı məhkəməyə verdi – 15 milyardlıq iddia

ABŞ Prezidenti Donald Tramp “The New York Times” qəzetini böhtanla bağlı məhkəməyə verib.
Tribunainfo.az xəbər verir ki, bu barədə o, “Truth Social” sosial şəbəkə hesabında məlumat dərc edib.
Amerika lideri “The New York Times” qəzetinə qarşı böhtan ittihamı ilə iddia qaldırdığını bildirib. O, bu iddianı qaldırmağın onun üçün böyük şərəf olduğunu yazıb.
Tramp qəzeti “radikal sol Demokrat Partiyasının ruporu” və “ölkə tarixinin ən pis qəzetlərindən biri” kimi xarakterizə edib.
Tramp, həmçinin 15 milyard dollarlıq bu iddianı Florida ştatında açdığını qeyd edib.
Ağ Ev rəhbəri nəşri 2024-cü ildə keçirilən prezident seçkilərində rəqibini, o vaxtkı vitse-prezident Kamala Harrisi açıq şəkildə dəstəkləməkdə, özünə, eləcə də ailə üzvlərinə və ətrafına böhtan atmaqda ittiham edib.

Seçilən
36
5
tribunainfo.az

10Mənbələr