AZ

Türkiyədə qədim mixi yazılar aşkarlanıb FOTOLAR

ain.az xəbər verir, Azvision saytına əsaslanaraq.

Türkiyə mətbuatının yaydığı məlumata əsasən, sözügedən ərazidə arxeoloji qazıntılar ölkənin Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə Qoç Universitetinin arxeologiya və sənətşünaslıq fakültəsinin dosenti Çiğdəm Manərin rəhbərliyi altında aparılır. Qazıntı prosesinə cari ilin iyul ayının 3-də başlanıb.

Türkiyədə 8 min illik keramika parçaları tapılıb | FOTOLAR

Qədim yaşayış məntəqəsində indiyədək assurlar hetlər, habelə Roma və Bizans dövrlərinə aid tapıntılar aşkarlanıb. Cari qazıntı işlərində isə het krallarına, şahzadələrinə, müxtəlif rütbədələrdəki əyanlara və rahiblərə məxsus 22 möhür tapılıb. Eyni zamanda, quş falı məzmunlu 56 mixi yazılı kitabə işıq üzünə çıxarılıb.

Çiğdəm Manərin sözlərinə görə, uğurlu keçən arxeoloji mövsüm ərzində aşkarlanmış bu tarixi nümunələrin əksəriyyəti bütöv şəkildə dövrümüzə çatıb. "Kitabələrdə çox maraqlı yazılarla rastlaşmışıq. Bu kiçik kitabələrdə əsasən quş falından söhbət gedir, het krallarının vəliəhdlərinin, şahzadələrinin taleyi haqqında danışılır. Məlumdur ki, fal adəti hetlərin dövründə əhəmiyyətli yerə malik idi. Bu cür mixi yazılı kitabələr, ilk dəfədir ki, aşkarlamışıq", – xanım arxeoloq vurğulayıb. O diqqətə çatdırıb ki, tapılan nümunələr het tarixinin öyrənilməsinə böyük töhfə verəcək.

Firudin Həmidli

AzVision.az

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
78
1
azvision.az

2Mənbələr