AZ

''Bəzən həmin insanları tanımırıq'' - Deputat küçə adlarından danışdı

Bakı və digər ərazilərdə insanlar adına olan küçələr var ki, bəzən biz həmin insanları tanımırıq.

Redaktor.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, bunu Milli Məclisin Regional məsələlər komitəsində “Ərazi quruluşu və inzibati ərazi bölgüsü haqqında” Qanun layihəsinin müzakirəsi zamanı deputat Aydın Mirzəzadə  bildirib.

“Yaxşı olardı ki, həmin ərazidə küçənin adını daşıyan şəxs haqqında məlumat verilsin. Bu həm məlumatlılığı artıracaq, həm də gənclərimizdə milli ruh yaradacaq ” – deyə o bildirib.

Deputat Tahir Rzayev də Aydın Mirzəzadəyə qatıldığını bildirib. 

“Regionlarda da elə küçələr var ki, o adın sahibin heç kim tanımır və bizim milli mövqeyimizə də yad adamlardır. Yaxşı olar ki, o adlar dəyişdirilsin. Bizim o qədər görkəmli şəxsiyyətlərimiz, Vətən Müharibəsində şəhid olanlar var ki, yaxşı olar ki, küçələr onların adına verilsin” – deyə o qeyd edib.

Seçilən
69
2
redaktor.az

10Mənbələr