AZ

10 manata görə anasını boğmaq istədi: Məhkəmədə onu bərk qucaqladım dedi...

ain.az, Qaynarinfo portalına istinadən məlumat yayır.

Bakıda 10 manata görə anasına xəsarət yetirən şəxs həbs edilib. 

Qaynarinfo-nun məlumatına görə, 1998-ci il təvəllüdlü Balakərim Heydərlinin İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə inzibati xətanı törətməsinə dair işə məhkəmədə baxılıb. 

Məlum olub ki, Balakərim Heydərli anasını yaşadığı evdə döyüb və xəsarət yetirib. Belə ki, anası aralarında baş vermiş mübahisə zamanı həyat yoldaşını söyüb. Bu zaman təqsirləndirilən şəxslə anası arasında mübahisə yaranıb. Lakin Balakərim Heydərli bildirib ki, anası atasını söyən zaman qadını bərk qucaqlayıb və xəsarət yetirməyib.

Zərərçəkmiş V.H. ifadəsində deyib ki, oğlu ondan 10 manat pul istəyib, amma maaşını almadığı üçün verə bilməyib. Bu səbəbdən Balakərim onu boğaraq yerə yıxıb və xəsarət yetirib. Nəticədə qadın huşunu itirib, özünə gəldikdən sonra isə polisə şikayət verib. V.H. oğlu barəsində qanuni tədbir görülməsini xahiş edib.

Məhkəmənin qərarı ilə təqsirləndirilən şəxs İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib və 15 gün həbs edilib.

Aydın

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
12
qaynarinfo.az

1Mənbələr