AZ

Yer kürəsində maqnit qasırğası başlayıb

Geomaqnit aktivliyində təkrar yüksəliş müşahidə edilib.

News365.az xəbər verir ki, bu barədə Rusiya Elmlər Akademiyasının Kosmik Tədqiqatlar İnstitutunun Günəş Astronomiyası Laboratoriyası "Telegram" kanalında məlumat verib.

Bildirilib ki, hazırda müşahidə olunan G1 səviyyəli maqnit qasırğası nisbətən zəifdir və yaxın vaxtlarda G3 səviyyəsinə çatacaq ciddi dəyişikliklər gözlənilmir.

Qeyd olunub ki, qarşıdakı günlərdə orta və zəif səviyyəli ayrı-ayrı maqnit qasırğaları müşahidə olunacaq. Əgər günəş küləyinin sürətində ciddi dəyişiklik baş verməzsə, bu vəziyyət 2-3 gün davam edəcək.

İnstitutun məlumatına görə, günəş küləyinin sürəti artmağa davam edir və artıq kritik həddi saniyədə 750 kilometr keçib. Bu artım maqnit sahəsinin güclənməsinə və 2-3-cü səviyyəli yeni qasırğaların yaranmasına səbəb ola bilər

Seçilən
12
1
news365.az

2Mənbələr