AZ

Ağdama 700-dən çox ailə köçürülüb - Deputat

Ağdamın üç kəndinə qayıdış prosesi artıq başlayıb və bu günə qədər 700-dən çox ailə həmin kəndlərə geri dönüb və proses davam edir. Bunu Milli Məclisin deputatı Elman Məmmədov bildirib.

Deputat həmçinin Xocalı və ətraf kəndlərə də mərhələli qayıdışın baş tutduğunu qeyd edib.
Məmmədov vurğulayıb ki, işğal dövründə bəzi evlərə ciddi ziyan dəyməyib. 

“Kimin imkanı olubsa, vaxtında ərazidən çıxıb. Orada qalanlar əsasən imkansızlar, separatçılar və hərbçilər olub,” –  o əlavə edib.

Deputat qayıdan əhalinin işlə təmin olunması məsələsinin də diqqət mərkəzində olduğunu bildirib.

Məmmədov əhalinin əkin sahəsi ilə məşğul olduqğunu da diqqətə çatdırıb. 

Gülnar Nazimqızı

Seçilən
74
22
anews.az

10Mənbələr